Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kabab insanı niyə qocaldır?

  • 2024.04.30 19:43
  • 2378 Baxış
 Kabab insanı niyə qocaldır?

Kababda ətin üzərində yaranan xırçıltılı, çox qızarmış, qəhvəyi hissə orqanizmi qocaldır.


“Medicina” xəbər verir ki, endokrinoloq Zuhra Pavlova bu qatda zərərli maddələrin toplandığını bildirib.

“Ətin qızarması nəticəsində amin turşuları və karbohidratlar arasında kimyəvi reaksiya gedir.


İnsan orqanizmi elə qurulub ki, sutkada yalnız 15 min vahid KPQ həll edə bilər. Qalanları bədəndə yığılıb, qocalmanı sürətləndirir.

Məsələn, 100 qram kababda 20-30 min vahid KPQ ola bilər.

Bunu azaltmaq üçün kabab ətini sitrus meyvəsi və ya limonla basdırma etmək lazımdır.

Belə marinad KPQ-ni 10 dəqiqə ərzində azaldır.

Rozmarin, mixək, sarıkök, istiot, keşniş toxumu də eyni təsir edir.

Mütləq kababı tərəvəz qarniri, brokkoli ilə yeyin. Onda olan sulforafan KPQ ilə mübarizə aparır.

İstənilən qidanın üzərində olan xırçıltılı qızarmış hissə kanserogen maddələrlə zəngindir və xərçəng riskini artırır.


Asrilamid adlı maddə kartof, peçenye, çörəyin yüksək dərəcədə qızardılması nəticəsində yaranır.

Eləcə də qızarmış hissədə olan qlikasiya diabet, ürək damar və endokrinoloji xəstəliklərə səbəb olur. Ümumiyyətlə, qızarmış qidalar insanı tez qocaldır”.

Aygün