Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Jurnalistləri məhv edən XƏSTƏLİKLƏR

  • 2018.01.16 11:16
  • 23927 Baxış
Jurnalistləri məhv edən  XƏSTƏLİKLƏR
Yuxusuz gecələr, saatlarla kompyuter qarşısında işləmək, stress, hazır yeməklərdən çox istifadə etmək.... Jurnalistlərin həyatı kifayət qədər gərgin və yorucudur


Bəs bu vəziyyət onlarda hansı xəstəlikləri yaradır? Xəstəliklərin qarşısını almaq üçün nə etməli?


Medicina.az xəbər verir ki, mütəxəssislər jurnalistlərin daha çox əziyyət çəkdiyi, yaxud tutulmağa meyilli olduğu xəstəliklərin adlarını açıqlayıb. Bu xəstəliklərin başında infakt və yüksək təzyiq gəlir. 


İnfarkt və yüksək təzyiq – Bu xəstəliyə ən çox rast peşələrdən biri jurnalistikadır. Səbəbi isə jurnalistlərin stresli həyat tərzidir. Türkiyəli kardioloq Ahmet Karabulut ürək xəstəliklərinin səbəbinin həmçinin oturaq iş qrafiki olduğunu bildirib:


"Uzun müddət masa arxasında xəbər hazırlayan müxbirlər kimi soyuq havada sadəcə xəbər tapmaq üçün gözləyən müxbirlər də risk altındadır. Belə jurnalistlər yuxu rejiminə xüsusi diqqət etməlidirlər”. 


Həkim günlük 30-40 dəqiqə ərzində idmanla məşğul olmaq, hazır qidalardan uzaq durulmasını tövsiyə edir.


Depressiya -  Türkiyəli psixiatr Ömər Olukun sözlərinə görə, ruhi sağlamlığı pozan peşələrdən biri jurnalistikadır. Təhlükəli sahələrdə aparılan çəkilişlər, yaranan problemlər onların psixologiyasına mənfi təsir göstərir. Əgər ciddi yanaşılmasa, daha böyük xəstəliyə gətirib çıxara bilər.


Bel və boyun yırtıqları – Fiziki Müalicə və Reabilitasiya mütəxəssisi Meral Bayramoğlu qeyd edib ki, stresli və gərgin işləmək jurnalistlərdə sinir pozğunluğuna səbəb olur. Bundan başqa, jurnalistlərin bel və boyunlarında ağrılar başlaya və irəliləyə bilər. Ağır avadanlıqların daşınması da bir müddətdən sonra boyun və bel yırtığı yaradır. Mütəxəssis mütəmadi olaraq boyun idman hərəkətləri ilə məşğul olmanın vacibliyini vurğulayıb.


Göz xəstəlikləri – Türkiyəli oftalmoloq Banu Coşar jurnalistlərdə göz xəstəliklərinin qaçılmaz olduğunu bildirib:

"Riskli bölgələrdə də çəkilişlər zamanı gözə mikrob düşməsi ehtimalı yüksəkdir. Gözlərdə ağrı, yorğunluq, narahatlıq, göz quruması, bulanıq görmə, qızarıqlıq səbəbindən "Kompyuterə baxma sindromu” yarana bilər. Bundan qaçmaq üçün gözü nəmli saxlayan göz damlalardan mütləq istifadə edilməlidir”.

 

Şəhanə Quliyeva