“Badam Medical Center” 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə “Jurnalistlər üçün ödənişsiz göz müayinəsi günləri” təşkil edir.
"Medicina" xəbər verir ki, müayinələr 20-22 iyul tarixlərində Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 13A ünvanında yerləşən “Badam Medical Center”də həyata keçiriləcək.
Müayinə üçün əvvəlcədən qeydiyyata ehtiyac yoxdur. Qeyd edilən tarixlərdə, saat 10:00-dan 15:00-dək jurnalistlər MEDİA Agentliyi tərəfindən təqdim edilmiş Media Reyestri vəsiqəsini klinikada təqdim edərək oftalmoloq müayinəsindən keçə bilərlər.
Xatırladaq ki, “Badam” klinikasında bir çox göz əməliyyatı İcbari Tibbi Sığorta vasitəsi ilə edilir. Beləliklə, zərurət yaranacağı təqdirdə, jurnalistlər daha sonra əməliyyat olunmaq üçün də klinikaya göndəriş ala bilərlər.