Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.
Heydər Əliyev Fondu Elnurun anası Zöhrə Hüseynovanın bu günkü müraciətinə cavab verib:
“Fond tərəfindən Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı məsələ nəzarətdə saxlanılacaq. Zəruri olan bütün tədbirlər görüləcək. İnşallah, Elnur tez zamanda sağalar”.
Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib.