“Çörəkçi” zavodunun istehsalı olan baton çörəyin içərisindən dəmir cisim çıxıb.
Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Amil Hacıyev paylaşım edib.
O bildirib ki, Al marketdən aldığı çörəyi yemək istəyərkən içərisində bolt görüb.
"Çörəyi al çörəkçidən, içində də bolt-qaykası ilə. Al marketdən alınan çörəyin içindən çıxıb. Deyəsən "Çörəkçi" stomotoloqlarla şərik işləyir" , - deyə o, kinayəli paylaşım edib.