"Exo” qəzetinin fotoqrafı və fotoredaktoru Samir Əliyev vəfat edib.
Medicina.az xəbər verir ki, onun ölümünə səbəb qan xərçəngi olub.
Yaxınlarının sosial şəbəkədə yaydığı məlumata görə, xan xərçəngindən əziyyət çəkən S. Əliyevin vəziyyəti son günlər qəfildən ağırlaşıb və o, reanimasayaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, fotoqrafı xilas etmək mümkün olmayıb.