Jurnalist Səbuhi Məmmədovun səhhətində ciddi dəyişiklik yoxdur.
Medicina.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədlinin müalicəsi Yeni Klinikanın Reanimasiya şöbəsində davam etdirilir. Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir. Bu gün hemodializ müalicəsi alması nəzərdə tutulub.
Xatırladaq ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.