“Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımz Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir”.
Medicina.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
MŞ sədri jurnalistin yerləşdirildiyi Respublika Klinik Xəstəxanasının rəhbərliyi ilə bir neçə dəfə əlaqə saxladığını açıqlayıb:
“Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz.
Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümid edək ki, səhhəti düzələcək”.