Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Johnson uşaq kirşanları satışdan yığışdırılır – Tərkibi şübhəlidir

  • 2019.10.26 16:48
  • 5074 Baxış
Johnson uşaq kirşanları satışdan yığışdırılır –  Tərkibi şübhəlidir
Məşhur Johnson & Johnson brendinin uşaq "prisipkaları” Amerika və Avropada riteylerlər tərəfindən onlayn mağaza və apteklərdən yığışdırılır.


Medicina.az xəbər verir ki, şirkət məhz bu kirşanlara görə bir neçə insanın xəstəliklərə tutulması faktı səbəbindən məhkəmələrdə uduzub. O, 1970-ci ildən istehsal olunan kirşanların tərkibindəki təhlükəli maddə barədə susmaqda ittiham edilir. 


Hazırda Johnson & Johnson-a qarşı 15 000 şikayət vardır. İstehlakçılar onun tərkibində kanserogen maddə olduğunu bildirir. 


Kompaniya isə deyilənlərlə razılaşmır, məhsulunun təhlükəsiz olduğunda israrlıdır. Amma 2018-ci ildə Missuri məhkəməsi 22 qadının iddiası əsasında şirkəti 550 milyon dollar cəriməyələyib. 


Bu kirşandan çox istifadə edən qadınlarda xərçəng aşkarlanıb.