Döş böyüməsi xəstəliyi kişilərin ciddi problemlərindən biridir. Buna görə jinekomastiya, simptomları nədir və ya necə başa düşülməlidir kimi suallar tez-tez araşdırılır.
Medicina.az xəbər verir ki, kişilərdə məmə bezinin toxumasının artması ilə döşün böyümə xəstəliyinə jinekomastiya deyilir. Jinekomastiya erkən uşaqlıqda, yeniyetməlikdə və ya daha yaşlı (60 yaş və daha yuxarı) dövrlərdə baş verə bilər və bu normal bir dəyişiklik ola bilər.
Bundan əlavə kişilərdə hormonal dəyişikliklər və ya qəbul etdikləri dərmanların yan təsirləri səbəbindəən də ola bilər.Böyümə prosesi hər iki döşdə yaxudda tək birində gedə bilər.
Jinekomastiya halı müşahidə edilərkən əksərvaxt bu müalicə tələb etmir. Bununla birlikdə, kosmetik səbəblərə görə özünə inamı təsir edə bilər və şəxsin ictimai fəaliyyətdən geri çəkilməsinə səbəb ola bilər.Bu problem dərmanla, əməliyyatla və qanunsuz dərmanların, proteinlərin qəbulunu dayandırmaqla həll oluna bilər.
Böyümənin simptomları:
-şişmiş döşlər
-sinə boşalması
-döşlərdə həssaslıq
Səbəbəb bağlı olaraq başqa simtomlar da özünü göstərə bilər.Əgər sizdə də belə göstərivilər varsa vəziyyəti nəzarətdə saxlamaq üçün həkimə müraciət edin.
Böyüməsinə səbəbləri
Hormonlar
Ümumiyyətlə, testosteron hormonunun azalması, estrogen hormonunun artması, əksər kişilərdə döş böyüməsinə səbəb olur. Bu hormon dalğalanmaları həyatın müxtəlif mərhələlərində normal ola bilir və körpələrə, yeniyetmələrə və yaşlı kişilərə təsir göstərir.
Qidalanma
Bu problemin ən böyük problemlərindən biri yalnış qidalanmaqdır.Çox yemək və sağlıqsız qidalar yemək hormonal problemləri ortaya çıxarmış olur.
Çəkinin sürətli dəyişməsi
Sürətlə artan və ya azalan çəki kişilərdə döşün sallanmasına gətirib çıxarır. Bunun nəticəsində də yağ toxumalarında artım müşahidə olunur. Həddən artıq kök kişilərin sinəsinə toplanan yağ toxumaları döşün böyüməsinə səbəb olur.
Necə müalicə edilir?
Adətən müalicə edilmir və öz-özlüyündən keçib gedir.Lakin böyümənin gizli bir səbəbi varsa onu tapıb qarşısını almaq lazımdır. Bəzən artıq döş yağını və bezini çıxarmaq üçün cərrahiyyə üsulu da istifadə edilə bilər.