Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Jilbert sindromu nədir?

  • 2019.10.15 09:55
  • 14951 Baxış
Jilbert sindromu nədir?
Jilbert sindromu kifayət qədər geniş yayılmış patologiyadır. ABŞ-da bu patologiyanın rast gəlmə tezliyi əhali arasında 3-7%-dir. Kişilər arasında Jilbert sindromu qadınlara nisbətən  daha çox rast gəlinir.


Medicina.Az xəbər verir ki, Adətən Jilbert sindromunun bəzən mülayim sarılıq istisna edilməklə heç bir əlaməti qeyd edilmir. Sarılığın əmələ gəlməsinin səbəbi qanda olan bilirubinin miqdarının artması və onun dəri və selikli qişaya hopmasıdır. Bəzi hallarda Jilbert sindromu olan insanlarda zəiflik və qarında ağrılar qeyd olunur. Amma mütəxəssislər bunun Jilbert sindromu ilə deyil yanaşı gedən digər səbəblərlə bağlı olması qənaətindədirlər.


 

İnfeksion xəstəliklər, menustrasiya, aclıq, dehidratasiya, fiziki və psixoloji gərginlik halları Jilbert sindromu olan insanlarda bilirubinin miqdarını artıra bilər.


Sindromun yaranma səbəbləri

Jilbert sindromu irsi xarakter daşıyr və bilirubinin birləşməsini təmin etməklə onun ekskresiyasını asanlaşdıran enzimin sintezinə cavabdeh olan genin mutasiyaya uğraması səbəbindən meydana çıxır.  Bu zaman qanda ümumi bilirubinin, xüsusilə onun sərbəst fraksiyasının miqdarı artıır. Bu hiperbilirubinemiya adlanır. Hiperbilirubinemiyalar birləşmiş və sərbəst olmaqla iki hissəyə bölünürlər. Jilbert sindromu birləşmiş hiperbilirubinemiya hesab edilir. Bilirubinin suda həll olunma qabilyyəti aşağı olduğu üçün o xüsusi proteinə birləşdirilərək qaraciyərdə öd daxilinə nəql edilir. Jilbert sindromunda bu mexanizmdə defekt olduğu üçün qanda sərbəst bilirubin artır.


Həkimə nə zaman müraciət etməli

Dəridə və görünən selikli qişada sarılıq əlamətlərinin əmələ gəlməsi heç bir digər şikayət olmasa belə həkimə müraciət üçün kifayət olmalıdır. Bununla həkim sarılığın səbəbini və hər hansı bir ciddi xəstəliyin olmamasını dəqiqləşdirə bilər. Jilbert sindromu zamanı heç də həmişə sarılıq qeyd olunmur. Amma aclıq zamanı sarılıq özünü daha tez biruzə verir. Odur ki, hər hansı bir səbəbdən ac qalan zaman dəri və gözün ağında sarılıq hiss edirsinizsə mütləq həkimə müraciət edin. Jilbert mənşəli sarılıq oruc tutan zaman daha aydın üzə çıxır.

 

Müalicə

Jilbert sindromu xoşgedişli patologiyadır və adətən müalicəyə ehtiyac duyulmur. Jilbert sindromu zamanı əmələ gələn sarılıq öz-özünə ardan qalxır və orqanizmə heç bir zərər vermir. Bəzi hallarda sarılığı azltmaq üçün Fenobarbital tətbiq edilə bilər.


Ağırlaşmaların qarşısını almaq üçün aclıqdan, infeksiyalardan qorunmaq lazımdır. Jilbert sindomu olan insanlarda bəzi dərmanların qaraciyərə toksiki təsiri arta bilər. Odur ki, bu dərmanlar haqqında bilgili olmanız və ya başqa xəstəliyə görə müalicə alan zaman həkiminizi Jilbert sindromuna malik olmanız barədə məlumatlandırmanız vacibdir.