Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Janna Friskenin atası qızının xəstəliyini necə hiss etməsindən danışdı

  • 2023.08.10 14:49
  • 1496 Baxış
Janna Friskenin atası qızının xəstəliyini  necə hiss etməsindən danışdı

Beyin şişindən vəfat edən müğənni Janna Friskenin atası Vladimir qızının xəstəliyindən hansı əlamətlə şübhələndiklərini açıqlayıb.


“Medicina” xəbər verir ki, gənc yaşda beyin xərçəngindən vəfat edən müğənninin müalicəsi üçün bütün Rusiya səfərbər olmuşdu.


“Janna istirahətdə çox yorulurdu. Dənizdə, okean kənarında olandan deyirdi ki, nəsə başım hərlənir. Anası ona Mayamidə kömək edirdi. Bir gün o zəng vurub dedi ki, qızımız bütün günü yatır, işıqdan başı ağrıyır. Bir dəfə də mağazada huşu itmişdi. Həkimlər ilk olaraq, ciddi bir şeydən şübhələnmədilər.


Amma dənizdə az qala batandan sonra ciddi müayinələrə başladıq. Janna dedi ki, mən yerlə dənizi səhv saldım. Bilmədim ayağım sudadır, ya quruda. Başımı itirdim. Bundan sonra internetdə axtarış etdim, anladım ki, bu beyin şişindəndir. Ərinə zəng vurduq, o isə cavab vermirdi.

Sonra anası və qohumlarla xəstəxanaya getdilər və diaqnoz təsdiqləndi. Müalicə bizə çox baha başa gəldi, milyon dollar xərcləndi”.

Aygün Musayeva