Mədə yanması, qıcqırma və reflüksə qarşı olan famotidin dərmanı koronavirus xəstələrinin mülaicəsində uğurlu nəticə verə bilər.
Medicina.az xəbər verir ki, ABŞ-ın Faynşteyn İnstitutunun doktoru Kevin Treysi 23 xəstəxanadan olan 1200 könüllü pasiyentin üzərində bu dərmanı sınayacaq.
Famotidin dərmanının koronavirus xəstələrində müalicənin sürətlənməsinə təsir etməsi barədə bir neçə fakt var. Lakin böyük masştablı tədqiqat indi aparılır. Nəticələr yaxında dərc olunacaq.
İştirakçıların yarısına famotidin, yarısına plesebo effektli sistem köçürülür.
Alimi bu tədqiqatı aparmağa vadar edən məqam Massaçuset xəstəxanasının həkiminin mədə qıcqırması olan və dərmanını qəbul edən xəstələrin virusu ağır keçirməməsi barədə fikri olub.