Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İyun ayında koronavirusa immunitetin təyini testlərinə başlanılacaq - TƏBİB SƏDRİ

  • 2020.05.15 17:38
  • 2479 Baxış
İyun ayında koronavirusa immunitetin təyini testlərinə başlanılacaq    - TƏBİB SƏDRİ

Azərbaycanda insanlarda COVID 19 virusuna qarşı immunitetin formalaşma səviyyəsini yoxlamaq üçün seroloji testlərin keçirilməsi üçün iyun ayı nəzərdə tutulub. May ayı bu testlər məqsədəuyğun hesab edilməyib.

Medicina.az xəbər verir ki, bunu Təbib sədri brifinqdə açıqlayıb.

“Bu testlər artıq koronavirusa yoluxub sağalmış şəxslər, eyni zamanda əhalinin müxtəlif qrupları arasında keçirilməsi və nəticələrin təhlili nəzərdə tutulur.

Bu analizlər tədqiqat və əhalidə immunitetin necə formalaşması barədə məlumat əldə etmək üçün keçiriləcək”.