Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İyulun ortasınadək ölkəmizdə Delta ştammı aşkarlana bilər - Həkim - VİDEO

  • 2021.07.01 10:11
  • 1541 Baxış
İyulun ortasınadək ölkəmizdə Delta ştammı aşkarlana bilər -  Həkim - VİDEO
İyulun ortasınadək koronavirusun Delta ştammı Azərbaycana gələ bilər.

Medicina.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O bildirib ki, bu ştamm qonşu ölkələrdə də aşkarlandığı üçün Azərbaycana gəlmə ehtimalı yüksəkdir:


"Hesab edirəm ki, Delta variantı bizim ölkəmizə də gələcək. Gürcüstan, Ukrayna, Rusiya və Türkiyədə aşkarlandığı halda təbii ki, bizim ölkəmizə də gəlib çıxa biləcək. Əvvəlcədən epidemik proqnoz vermək çətindir. İlkin olaraq hesab edirəm ki, iyulun ortasına və yaxud axırınadək bizim ölkəmizdə də aşkarlana bilər. Bu ştammın ölkəmizdə aşkarlanmaması mümkün deyil. Çünki artıq yaydır və insanlar xarici ölkələrə səyahətlər edirlər. Belə olan halda isə "Delta”nın gəlmə ehtimalı var.