Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İyulda 6 nəfər zəhərlənmədən ölüb

  • 2023.08.04 10:13
  • 1186 Baxış
İyulda 6 nəfər  zəhərlənmədən ölüb
İyul ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 658 nəfər müraciət edib, onlardan 6-sı ölüb.


Mərkəzin Mətbuat xidmətindən Medicina.az -a verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.


Qəbul olunan xəstələrdən 75-i dərmandan, 26-sı sirkə turşusundan, 10-u etanoldan, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 6-sı allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan, 3-nü isə həşərat sancıb.


Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub. Ölüm halının 3-ü sirkə turşusundan, 3-ü isə dərman zəhərlənməsindən baş verib.