Əzədaxili iynələri çoxu təhlükəsiz hesab etsə də, hətta sadəcə yana vurulan inyeksiya xoşagəlməz vəziyyətlər yarada bilər.
Bir çoxlarına yana iynədən sonra göyərmə, şişkinlik, ağrı, hətta absses tanışdır. Amma əzələ iynəsindən yarana biləcək gizli təhlükə infiltratdır.
“Medicina” xəbər verir ki, infiltrat iynə vurulan yerə qan və limfa hüceyrələrinin toplanıb kütlə yaratmasıdır. İnfiltratın 2 növü var: hemorragik və irinli.
İnfiltrat öz-özünə yaranmır, buna səbəb olan amillər var:
- Şpris, iynənin gigiyenik olmaması, əzələnin masaj olunub hazırlanmaması
- Prosedur zamanı infeksiya salınması
- Düzgün iynənin seçilməməsi
- İynə yerinin düzgün olmaması
- İynə ucunun köndələn və ya səthi daxil olması
- Düzgün yer, əzələ seçilməməsi
- Preparatın sürətlə vurulması, bu zaman o iynə yerində həll olmur
- Xəstənin əzələsini sıxması, xüsusən düzgün olmayan vəziyyətdə
İynə ilə damar və sinir ucu zədələnə bilər, bu zamnan həmin yerdə ətrafa yayılan ağrı və hissiyatsızlıq yaranır
İnyeksiya sonrası problemlərin həlli və infiltratın müalicəsi üçün mütləq həkimə müraciət etməli, lazım gələrsə cərrahi müdaxilə olmalıdır.
Aptek mazlarından Troksevazin, heparin mazı, levamikol, yod toru çəkilməsi uyğundur.
Aygün Musayeva