İynə vurdurduqdan sonra bəzən yerinin şişdiyini, qaraldığını və qızardığını müşahidə edə bilərik. Bu hal inyeksiyanın bədənə sovrulmasının qarşısını alaraq bir sıra fiziki və estetik narahatlıqlar yaşadır.
Medicina.az xəbər verir ki, inyeksiyadan sonra yaranan şişkinliklər hər zaman zərərsiz olmur. Belə ki, əgər absesdən şübhələnirsinizsə, o zaman həkimə müraciət etməlisiniz. Çünki iltihabi prosesi çirkli əllərlə və tibbi alətlər olmadan təmizləmək olmaz. Əgər iynə vurulan yerin ətrafında şişkinlik, ağrı, qızartı, qaşınma, temperatur müşahidə edilərsə, o zaman təcili olaraq həkimə müraciət edilməlidir.
Qısa iynə dərinin kifayət qədər dərin qatına gedə bilmədiyi üçün dərmanın dəri altında yığılıb qalmasına səbəb olur. Belə olduqda dərmanın bədənə sovrulması uzun çəkir və müalicə prosesi uzanır. Buna görə də uzun iynəli şprislərdən istifadə etmək lazımdır.
Əgər iynənin yeri iltihablaşmayıbsa, o zaman şişkinliyi ev şəraitində də müalicə etmək olar.
Aradan qaldırılması üsulları:
- Kartofu soyaraq yarıya bölün və şişkinliyin üzərinə qoyun.
- Təmiz əski parçasını isti suda isladın, üzərinə 72% -lik paltar sabunu çəkərək inyeksiyanın yerinə qoyun.
- 2 hissə bişmiş soğanı 1 hissə paltar sabunu ilə qarışdırın. Daha sonra iynə yerinin üzərinə qoyaraq səhərədək saxlayın.