Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İynə vurarkən ölən xəstəyə görə travmatoloq tutuldu

  • 2025.01.16 18:19
  • 280 Baxış
İynə vurarkən ölən xəstəyə görə travmatoloq tutuldu

Şəkidə evində yaratdığı qeyri-qanuni tibb məntəqəsində xəstəyə iynə vurmaqla ölümünə səbəb olan həkim cinayət məsuliyyətinə cəlb edilib.

"Medicina" "Qafqazinfo"ya istinadla xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi 1955-ci il təvəllüdlü Hikmət Əliyev barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib.

O, Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, H.Əliyev lisenziya əldə etmədən öz evində xəstələrin müayinə-müalicəsini qeyri-qanuni həyata keçirib.

Belə ki, Şəki rayonu, Kiş kəndinin sakini Sədiqvə Həsənova 2023-cü ildə kürək nahiyəsində olan ağrılarla həkimə müraciət edib. "Kifoskolioz" diaqnozu qoyulmuş qadına şprislə 1 ml miqdarında "Flosteron" və 5 ml-lik "Novokain" dərman qarışığı, həmçinin 2 ml "Etofleks" və 2 ml "Tiofleks" dərman preparatları vurulub.

Lakin iynələr qeyri-steril şəraitdə vurulduğundan qadının bədəninə infeksiya düşüb. Nəticədə bədəninə fleqmona (kəskin iltihabi qızartılar) yayılıb. Qadın orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

Şəki Rayon Məhkəməsində keçirilən prosesdə Hikmət Əliyev Sədiqvə Həsənovanın ölümünə onun vurduğu iynənin səbəb olmadığını deyib. Mərhumun yaxınları isə həkimi qeyri-steril iynədən istifadə etməkdə ittiham ediblər və bunun ağır fəsadlara gətirib çıxardığını bildiriblər.

Məhkəmə 70 yaşlı həkim qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. H.Əliyevə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.