Yayda yüngül meyvə salatı hazırlamaq üçün çiyələk və kivinin olması yetərlidir.
Lazımdır:
Çiyələk – 150 qr
Kivi – 1 ədəd
Kahı yarpağı – 30 qr
Küncüt toxumu – 5 qr
Limon – 1 ədədin
Zeytun yağı – 1 qaşıq
Hazırlanması:
Çiyələyin saplaq hissəsi təmizlənir, kivi yuyulub soyulur. Çiyələk 2-3 hissəyə elə uzunsov, kivi isə yarımhalqa formasında doğranılır. Salat yaqpaqları xırda doğranılır.
Sous üçün zeytun yağına limon şirəsi sıxılır.
Salat qabında meyvələr qarışdırılır və üzərinə sous gəzdirilir, küncüt səpilir.