Çiyələk yemək, onkoloji xəstəliklərdən qoruyan əsas meyvələrdən biridir.
Medicina.az xəbər verir ki, bu barədə İtaliya alimləri araşdırma zamanı aşkar ediblər. Bu xüsusilə qadınlarda süd vəzi xərçənginə aid edilir.
Alimlərin fikrinə görə, sevimli giləmeyvə metastazların inkişafına səbəb olan genlərin aktivliyini azaltmaq xüsusiyyətə malikdir.
Çiyələk həmçinin damarları möhkəmləndirir və qanda xolesterinin səviyyəsini aşağı salır.