Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çiy dəniz məhsulları çox yeyən kişinin qolunu amputasiya etdilər – Parazitlər əli yedilər

  • 2018.08.14 16:08
  • 16224 Baxış
Çiy dəniz məhsulları çox yeyən kişinin qolunu amputasiya etdilər –  Parazitlər əli yedilər

Medicina.az xəbər verir ki, Cənubi Koreyada 71 yaşlı kişi qızdırma və qolunun ağrıması şikayətləri ilə xəstəxanaya daxil olur.

 



Məlum olur ki, bu simptomlar kişi çiy dəniz məhsulları yedikdən 12 saat sonra başlayıb.



Qeyri-adi kliniki hadisədə pasiyetin əlində hemorragik ödem-şiş yaranmışdı. Şişlərin içi qanla dolu idi. 



ŞƏkərli diabet xəstəsi olan kişidə böyrək çatışmamazlığı da var imiş.  Təcili əlində əməliyyat aparılan pasiyentdə antibakterial terapiya təyin olunur. 

Lakin 25 gün ərzində əldə yaranmış nekrotik xoralar sağalmadığından, həkimlər xəstəni xilas etmək üçün qolunu çiyindən amputasiya etməli olurlar. Yalnız bundan sonra sağalan xəstə evə yazılıb.



Həkimlərin rəyinə görə, bu şişlərin yaranmasına səbəb çiy dəniz məhsullarında olan parazitlər idi.