İtlər müxtəlif səbəblərdən sahiblərini yalayırlar.
Sevgi və sədaqət
İtlər sevgilərini göstərmək üçün sahiblərini yalayırlar. Bu, analarının onları təmizləmək üçün yalaması kiçik yaşlarından gələn instinktiv bir davranışdır.
Diqqəti cəlb etmək
Diqqəti cəlb etmək və ya oyun istəmək üçün yalaya bilərlər.
Duzlu tər və dəri qoxusuna maraq
İnsan dərisi duzlu ola bilər, dadı isə itlərin xoşuna gələr. Eyni zamanda sahiblərinin təbii qoxusu onlara rahatlıq verir.
Stress
Bəzi itlər stresli və ya narahat olduqları zaman yalayaraq dincəlməyə çalışırlar.
Öyrənmək
İtlər dünyanı ağızları ilə kəşf edirlər. Sahiblərini yalamaq onların hisslərini anlamağa kömək edə bilər.
Aygün
Medicina.az