34 yaşlı Rumıniya sakini Anda Saşi sevimli itlərinin qurbanı olub.
“Medicina” xəbər verir ki, qohumları qadından bir xəbər almadıqlarını görüb, polisə müraciət ediblər.
Polis qadının evinə gəlib və qapını sındırıb. Otaqda isə onun meyiti aşkarlanıb.
Qadının ölüm səbəbi hələ bilinmir. Lakin onun bədəninin parçalandığı görülüb. Belə ki, onun mops cinsindən 2 sevimli iti neçə gündür ac qaldığı üçün, öz sahibələrinin meyitini dişləyib yeyiblər.
Aygün Musayeva