Elmdə ilk dəfə olaraq, itlərin koqnitiv funksiyalarının burunda olması sübut olunub.
Bakupost.az xəbər verir ki, Kornell univcersiteti və Cons Hopkins universitetinin veterinar alim və bioloqları bu mövzuda inqilabi açılış ediblər.
Onlar 23 müxtəlif növ və cinsdə itləri tədqiq ediblər.
Mütəxəssislər qoxu dəlikləri ilə beyin kökləri arasında neyron zəncirin kartını hazırlayıblar.
İtlər, otağa daxil olan kimi onu və ətrafı qoxulamaqla öyrənirlər, hətta kor itlər də istənilən məkanda asanlıqla özünü idarə edir, heç bir şeyə toxunmadan hərəkət edir.
İnsanlardan fərqli olaraq, itlər müxtəlif qoxuları 1000 dəfə daha dəqiq ayırd edir. Hətta partlayıcı maddənin trilyon qram dozasını da hiss edə bilirlər.
Bu insan gözündən qat-qat güclü funksiyadır.
Ona görə demək olar ki, itlər üçün burunları gözlərindən daha vacibdir və beyinə daha çox bağlıdır.
İtlərdə qoxu mərkəzləri baş beyinin alın payında bazal səthdə yerləşir, yumru formadadır, mədəcisi insan mədəciyindən 4 dəfə ağır və iridir.
Alimlər bildirir ki, insan meymunə bənzər varlıq olduğu dövrdə onun da qoxu sahələri güclü idi və ətrafı qoxulamaqla öyrənirdi.
Sonradan insanda bu funksiya azaldı.