Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İtkin" şahzadə Keyt üzə çıxıb – Xərçəng olduğunu etiraf etdi

  • 2024.03.23 17:35
  • 1693 Baxış
"İtkin" şahzadə Keyt  üzə çıxıb  – Xərçəng olduğunu etiraf etdi

Keyt Middlton haqqında yayılan şayiələrə son qoymaq üçün rəsmi açıqlama üçün uzun müddətdən sonra ilk dəfə kamera qarşısına çıxıb.


“Medicina” xəbər verir ki, şahzadə xərçəng diaqnozu qoyulduğunu, əməliyyat olunduğunu və kimyaterapiya aldığını etiraf edib.

O, bildirib ki, məhz əməliyyat gedişində həkimlər onda onkoloji xəstəlik aşkarlayıb.

O, kimyaterapiya kursu aldığını və səhhəti səbəbindən görünmədiyini, ailəsinin ona dəstək olduğunu bildirib.

İndi özünü yaxşı hiss edir və hazır olan kimi vəzifələrinin icrasına qasyıdacaq.

Kral III Karl gəlini ilə fəxr etdiyini bildirib. O, özündə güclü iradə və güc taparaq hər şeyi açıqlaya bildi.

“Mən onunla fəxr edirəm və yoldaşım Kamilla və bütün ailəmiz ən çətin mərhələdə bir-birini dəstəkləyir”.


Aygün Musayeva