Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtkin düşən neftçilərin cəsədləri 5 il bu vəziyyətdə qalıb - Tapıldığı yerdən FOTOLAR

  • 2020.05.09 16:30
  • 10172 Baxış
İtkin düşən neftçilərin cəsədləri 5 il bu vəziyyətdə qalıb  - Tapıldığı yerdən FOTOLAR

Xəbər verdiyimiz kimi, 2015-ci il dekabrın 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb.

Medicina.az qafqazinfoya istinadən xəbər verir ki, bunlar 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur.

SOCAR-dan neftçilərin şəxsiyyətini təsdiq edən sənədlərin cəsədlərin üzərində olduğu bildirilmişdi:

“Cəsədlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələrinin rəyləri də onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, cəsədlər bir neçə gün ərzində olduğu kimi 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş polis İdarəsinə təhvil verilib".

Həmin neftçilərin cəsədlərinin necə tapıldığını və hansı vəziyyətdə olduğunu əks etdirən fotoları təqdim edirik