Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtkin düşən həkimin meyiti tapıldı

  • 2025.04.30 11:27
  • 161 Baxış
İtkin düşən həkimin meyiti tapıldı

Qusarda bir neçə gün əvvəl itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb.

Medicina.az xəbər verir ki, aprelin 26-dan itkin kimi axtarılan Qusar şəhər sakini Arif Uluxan oğlu Uluxanovun meyiti yaşadığı evin yaxınlığından keçən arxda aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Bildirilir ki, vəfat edən şəxs əvvəllər uzun müddət həkim kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.