Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtirdiyiniz çəkini geri qaytaran pəhrizlər - Sağlamlıq üçün çox təhlükəlidir

  • 2022.10.25 11:30
  • 1856 Baxış
İtirdiyiniz çəkini geri qaytaran pəhrizlər -  Sağlamlıq üçün çox təhlükəlidir
“Mən arıqlayacağam” deyib, sağlamlığınızı təhlükəyə atmayın!


Bu gün internet səhifələrində, sosial mediada bir çox pəhriz proqramları paylaşılır, qısa müddətdə arıqlamaq vədi verilir.
Lakin mütəxəssislər bildirirlər ki, bu pəhrizlərlə istədiyiniz qədər arıqlasanız belə, çox qısa müddətdə həmin çəkiləri geri qaytarırsınız.
Bakupost.az sağlamlığımıza zərərli olan pəhrizləri təqdim edir:


Qidalanma insanın sağlam həyat sürməsi üçün vacib amildir. İnsan orqanizmi gündə 40-dan çox qidaya ehtiyac duyur. Tək bir qidanın bütün bu qidaları qarşılaması mümkün deyil.


Ən riskli pəhrizlər sırasında müxtəlif bitkilərlə arıqlama, sidikqovucu (sidikqovucu) çaylar və otlarla hazırlanmış pəhrizlər, yüksək yağ tərkibli pəhrizlər var. Bu cür diyetlər sürətlə arıqladır, amma orqanizmi zəiflədir, qocalmanı sürətləndirir.

TƏK QİDA PƏHRİZLƏRİ


Bu pəhrizlər demək olar ki, tək bir qida qəbulundan ibarətdir. Belə pəhrizlərlə arıqlamaq davamlı deyil. Bu pəhrizi buraxdıqda itirilmiş çəkinin qısa müddətdə geri alındığını görəcəksiniz.

YÜKSƏK ZÜLAL, AZ KARBOHİDRATLI PƏHRİZLƏR


Bu pəhrizdə karbohidratın növü miqdarından daha vacibdir. Misal üçün, tərəvəzlər, meyvələr və tam taxıllar sağlam karbohidrat mənbəyidir. Tərkibində karbohidratlar olan şəkərli qidalar isə zərərlidir.


Pəhrizdə zülal miqdarının artırılması toxluq prosesini uzatdığı üçün arıqlama pəhrizlərində insanların üstünlük verdiyi bir üsul olaraq önə çıxır. Ancaq uzun müddətdə yüksək proteinli pəhriz sağlamlıq problemlərinə səbəb ola bilər.

ŞOK PƏHRİZLƏR


Gündə 800 kaloridən az olan yemək sinir sistemi və mədə-bağırsaqda müxtəlif problemlər, soyuq havaya dözümsüzlük, saç tökülməsi və dəri quruluğu ilə yanaşı, uzun müddət davam edərsə ürək aritmiyaları səbəbindən ani ölümlərə belə səbəb ola bilər.
Bu dayanıqsız pəhrizlərin aylarla tətbiqi nəticəsində orqanizm aşağı kalorili pəhrizə uyğunlaşmağa çalışır, eyni zamanda fərdin metabolizm sürətində azalma müşahidə edilir.