Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtinizi gəzdirəndən sonra qonşuya vermək qadağandır- DYP rəsmisi

  • 2020.06.12 17:38
  • 2082 Baxış
İtinizi gəzdirəndən sonra qonşuya vermək qadağandır -  DYP rəsmisi


“Sərt karantin rejimi tətbiq edilən ərazilərdə xüsusi postlardan başqa, mobil postlar da fəaliyyət göstərəcək”.

Medicina.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, digər rayonların sakinləri sərt karantin rejiminin tətbiq edildiyi rayonların ərazisindən keçib gedə biləcəklər:

“Amma həmin rayonun yaşayış yerlərinə daxil ola bilməzlər. Bu zaman onlar cinayət məsuliyyəti daşıyacaq. Bu ərazilərdən yalnız tranzit kimi istifadə olunacaq. Kürdəmir, Salyan, Yevlax kimi rayonlardan tranzit keçid etmək istəyənlər şəhər mərkəzindən keçmir. İsmayıllı rayonunda isə bu yol şəhərin mərkəzindən keçir. Bu, sərnişinləri çaşdırmamalıdır. Həmin avtomobil sürücüləri sərt karantin rejimi tətbiq olunan ərazilərdən keçən zaman nəqliyyat vasitəsini saxlaya bilməz.

Karantin günlərində bir nəfərin öz itini gəzdirdikdən sonra başqasına, qonşusuna verməsi qadağandır. Belə hallara ciddi nəzarət olunacaq”.