Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtburnu çayı necə hazırlanır? - Faydaları

  • 2021.03.29 15:40
  • 3707 Baxış
İtburnu çayı necə hazırlanır? -  Faydaları
İtburnu limondan daha çox C vitamininə sahibdir.

Medicina.az xəbər verir ki, bu xüsusiyyəti ilə immun sistemini daha da gücləndirir. İtburnu güclü antioksidan qaynağıdır.

Bəs itburnunun faydaları nələrdir?

Dəmir çatışmazlığına dərmandır: Xüsusilə qadınlarda və uşaqlarda dəmir əksikliyinə bağlı qan azlığı geniş yayılmış bir problemdir. Uşaqların böyümə və inkişafında da itburnu çox faydalıdır. Həkimlə məsləhət etmədən 1 yaşdan kiçiklərə verilməməlidir.

Dizdə maye itkisi və tutulmalar üçün faydalıdır: Aparılan araşdırmada itburnu dizdəki tutulmalara qarşı faydalı olduğu sübut olunub.

Gözləri qoruyur: İtburnu həmçinin göz xəstəliklərinin qarşısını alır və qoruyucu təsiri vardır.

Qanın durulmasına kömək edir: Tərkibindəki K vitamininə görə qan laxtalanmasının qarşısını alır.
Dəriyə gözəllik qatır: İtburnu A vitamini baxımından zəngin olması ilə dəriyə elastiklik verir. Yaşlanmanın qarşısını alır. Yara izləri və sızanaqlara faydalıdır.

İmmun sistemini dəstəkləyir: Tərkibində bol miqdarda olan C vitamini, polifenollar və antioksidanlar sayəsində immun sistemini gücləndirən itburnu zəngin vitamin və minerallara sahibdir. Likopen və A, B, E, K vitaminləri ilə yanaşı maqnezium, dəmir kimi dəyərli minerallarla orqanizmi gücləndirir, sinir sistemində, hüceyrə yenilənməsində faydalıdır.
Qəbzliyin qarşısını alır: İtburnu qəbzlikdən əziyyət çəkənlərə təbii bir şəfa qaynağıdır. Mütəmadi istifadəsi həzm sistemini asanlaşdırır. Bağırsaq parazitlərini düşürür.

Xərçəngə qarşı qoruyur: O tərkibindəki güclü antioksidanlar sayəsində xərçəngə qarşı qoruyur.

İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır. Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra bilər.

İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar. Çaya zövqə görə bal əlavə etmək olar. Bal çayın faydalı xüsusiyyətlərini daha da artıracaq. Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda balın faydası kəskin azalır.

Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, bu çayı qəbul etdikdən əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı itburnu çayının qəbulu ziyanlı ola bilər.