Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtburnu dəmləməyin qızıl qaydası – Yalnız bu halda faydası var

  • 2019.04.23 17:58
  • 99287 Baxış
İtburnu dəmləməyin qızıl qaydası –  Yalnız bu halda faydası var
İtburnu meyvələrinin dəmləməsi insan orqanizmi üçün C vitamini mənbəyi, böyrək və sidik yollarını təmizləyən, immuniteti qaldıran bir vasitədir.


Amma çoxumuz itburnunu düzgün dəmləmək qaydasını bilmədiyimizdən, onun içindəki faydalı maddələri itirir, sonra qəbul edirik. O zaman da içdiyimiz itburnu çayının heç bir təsiri olmur.


Medicina.az itburnu dəmləməsinin qızıl qaydalarını təqdim edir.


1.Çayı üçün 2 xörək qaşığı itburnu giləmeyvələrinin üzərinə 1 stəkan su əlavə edib, zəif odda 15 dəqiqə saxlayır, qaynadır, daha sonra 30 dəqiqə kənarda dəmə qoyursuz. Belə dəmləmə zamanı C vitamini tamamilə qorunur. Çay gündə yarım stəkan 1 dəfə içilir. 


2.Dəmləməsi üçün termosa 40 qr xırdalanmış itburnunu və 1 litr qaynar su əlavə edib, 8 saat dəmə qoyursuz. Bu varianda itburnu demək olar, bütün faydalı tərkibini saxlayır.