Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtaliyanın keçmiş Baş naziri ikinci dəfə koronavirusa yoluxdu

  • 2020.09.26 16:22
  • 1790 Baxış
İtaliyanın keçmiş Baş naziri ikinci dəfə  koronavirusa yoluxdu
İtaliyanın keçmiş baş naziri və Forza İtaliya partiyasının başçısı Silvio Berluskoni ikinci dəfə koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, yayılan məlumatlara görə, ayın əvvəlində koronavirusa yoluxan və xəstəxanada müalicə alan nazirin testlərindən biri yenə müsbət çıxıb.

İtaliya mətbuatında yer alan başqa bir xəbərə görə, 29 sentyabrda 84 yaşı olacaq Berluskonini yeni bir təmasdan uzaq tutmaq və qorumaq üçün hansısa bir ad günü planı təşkil edilməyəcək. Onun ciddi karantində və yanında yeni nişanlısı Marta Fascinanın olduğu da deyildi.

Aygün Nəbiyeva