İtaliyada son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb. Ötən günlə müqayisədə yoluxma sayı 4 mindən çox artaraq 31084 nəfərə yüksəlib.
Medicina.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu günədək ölkə üzrə ümumilikdə 647 674 COVID-19 hadisəsi qeydə alınıb.