İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 16 974 nəfərin yoluxduğu təsdiqlənib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 380 nəfər bu virusdan ölüb ki, bu da ilin əvvəlindən bəri ölkədə ən yüksək sutkalıq göstəricidir. Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 115 937 nəfərə çatıb. Ölkədə hazırda 510 023 aktiv koronavirus xəstəsi var, onlardan 3417-si ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 826 156 nəfərdən 3 200 196 (son sutkada 21 220 nəfər) sağalıb.