Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtaliyada koronavirusa yoluxanların sayı 100-ü keçdi

  • 2020.02.23 14:49
  • 1671 Baxış
İtaliyada koronavirusa yoluxanların sayı 100-ü keçdi

İtaliyanın Lombardiya əyalətində koronavirusa yoluxanların sayı 89 nəfərə çatıb.

Bu barədə regionun rəhbəri Attilio Fontana bildirib.

“Təəssüf ki, Lombardiyada virusa 89 nəfər yoluxub”, - deyə o, “SkyTg24” telekanalının efirində qeyd edib. A.Fontana əlavə edib ki, bununla da İtaliyada yeni virusa yoluxanların sayı 100 nəfəri ötüb.

Son məlumatlara görə, ölkədə virusdan 2 nəfər ölüb. İtaliyanın artıq 5 regionunda virusa yoluxma halları qeydə alınıb.