İtaliyada koronavirus xəstəliyi ilə bağlı vəziyyət hər gün daha da pisləşir.
Hökumət rəsmilərinin 10 martdan bəri bütün ölkədə karantin elan etməsinə baxmayaraq, göstəricilər artmaqda davam edir: 10 min nəfərdən çox yoluxma, 600-dən çox isə ölüm halı qeydə alınıb.
Ölkənin Ali Səhiyyə İnstitutu yeni tipli koronavirusa (Covid-19) ən çox yoluxan yaş qruplarının statistikasını açıqlayıb.
Statistikaya əsasən, yaşlı insanlar xəstəliyə ən həssas olaraq qalırlar. Xəstələrin təxminən 5%-i (ən azı 420 nəfər, 10 mart tarixinə görə) 30 yaşına çatmamış insanlardır. İtaliyalı həkimlər məsuliyyətli yanaşılmadığı təqdirdə gənclər arasında da faizi artımı olacağını istisna etmir. Bundan əlavə, səhlənkarlıq gənclərin özündən yaşlıları yoluxdurmasına səbəb ola bilər ki, bu da cəmiyyət üçün böyük təhlükə yaradır.
Koronavirusa, minimal faizlə olsa da, uşaqlar da yoluxur. İtaliyada 0-9 yaş arasında 43 yoluxma faktı qeydə alınıb; bu da ümumi vəziyyətin 0.05% deməkdir.
10-19 yaş qrupunda - 85 yoluxma halı (ümumi 1%) və 20-29 yaş qruplarında 296 (3.5%).
Bundan əlavə xəstəliyə yoluxma faizi yaş nisbətinə görə dəyişir: 30-39 yaş arasında 470 hal (5,6%), 40 yaşdan 49 yaşa qədər olan 891 hadisə (10,7%), 50-59 yaş arası 1445 (17,4%), 1471 - 60 yaşdan 69 yaşa qədər (17.7%), 1.785 - 70 yaşdan 79 yaşa qədər (21.4%), 80 yaşdan yuxarı insanlar arasında 1532 (18.4%). Xəstələrin orta yaş həddi 65-dir.
Ölüm hallarının orta yaş həddi 69-dur (0-18 yaş: 0%; 19-50 yaş: 10%; 51-70 yaş: 46%; 70 yaşdan yuxarılar: 44%).
Koronavirusa yoluxma halları kişilər arasında daha yüksəkdir: 62%.
Virusa yoluxanların 10 faizi reanimasiya şöbəsindədir. 10 marta (məlumat toplanan günə) qədər 8 514 koronaviruslu xəstələrin 877-si reanimasiyadadır.
Həkimlər koronavirusun Çindən İtaliyaya gəldiyini iddia edir: orada üç nəfər virusa yoluxub, bundan sonra xəstəlik əhali arasında yayılmağa başlayıb. İstənilən halda, xəstələr arasında infeksiya zəncirini qırmaq hələ mümkün görünmür.