İtaliyada son sutka ərzində 24 036 nəfərdə koronavirus aşkarlanıb, 297 nəfər bu virusun qurbanı olub.
Bu barədə
“Medicina” “worldometers”ə istinadən bildirir.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 3 023 129-a, bu virusdan ölənlərin sayı isə 99 271-ə yüksəlib.
İndiyədək 2 467 388 nəfər sağalıb. Ölkədə 456 470 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 525-nin vəziyyəti ağır qiymətləndirilir.
İtaliya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında səkkizinci yeri tutur.