İtaliyada koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan karantin və məhdudlaşdırıcı tədbirlər mayın 3-dək davam etdiriləcək.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Cüzeppe Konte bildirib.
Baş nazir qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər mayın 3-dək uzadılacaq: "Belə bir qərar vermək asan deyil, ancaq vacibdir. İndi təslim olsaq, hər şeyi yenidən başlamalı olacağıq. Karantin səbəbindən bağlanan müəssisələrin fəaliyyəti bu müddətdən daha təz bərpa oluna bilər. Amma mayın 3-dən tədricən istehsal və ticarət fəaliyyətinə başlayacağımıza ümid edirik”.