Florensiyada dünyada nadir əməliyyatlardan biri baş tutub.
“Medicina” xəbər verir ki, 101 yaşına az qalmış vəfat edən italyan qadının meyit orqanı qaraciyər transplantasiyası
gözləyən xəstəyə köçürülüb. Bu dünyada ən yaşlı orqan donoru olub.
Dünya tibb tarixində 100 yaşdan yuxarı insanlardan orqan götürülməsi ilk dəfədir.
Qocalıq səbəbindən vəfat edən qadının qaraciyəri yararlı olduğu üçün götürülüb.
Bundan öncə İtaliyada 97 yaşlı kişidən orqan götürülmüşdü.
Sonuncu rekord Markedə qeydə alınıb. Bu il 97 yaşlı qadının ölümündən sonra qaraciyəri donorluğa yararlı idi.
Aygün Musayeva