İtaliyanın Berqamo əyalətindən ər və arvad koronavirusdan ölüb. Kişinin 86, qadının 82 yaşı olub.
Medicina.az xəbər verir ki, qadınla kişi 8 gün qızdırmalı halda evdə qalıblar. Əvvəl kişini, sonra qadını hospitala aparıblar. Lakin ötən gün əvvəl kişi, 2 saat sonra qadın keçinib.
Oğulları bildirir ki, kişi ölsə də anaları 2 saat onun cəsədi ilə bir palatada qalıb.
İtaliyada xüsusilə yaşlı insanların evdən küçəyə çıxmamalarına xüsusi nəzarət olunur və azyaşlı uşaqlarla yaşlı insanların bir evdə qalmaması tövsiyə edilir.