İtaliyada koronavirusdan ölənlərin sayı artıb.
Medicina.az xəbər verir ki, bu ölkədə son sutka ərzində 4782 yeni yoluxma faktı qeydə alınıb, 727 nəfər dünyasını dəyişib. Bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 13 min 155-ə çatıb.
Qeyd edək ki, hazırda İtaliyada COVİD-19-a yoluxanların ümumi sayı 110 min 574 nəfərdir.