İtaliyada koronavirusa yoluxan 18 729 nəfər dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu məlumatı İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli verib.
Onun sözlərinə görə, son 24 saat ərzində 610 nəfər pandemiyanın qurbanı olub.
Eyni zamanda, ölkədə virusa yoluxanların sayı 1 615 nəfər artaraq 96 877-yəçatıb.
Borelli əlavə edib ki, 28 470 nəfər koronavirusdan sağalıb.