Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtaliyada 15 milyon insan karantin zonasında qaldı – Bütün kütləvi yerlər bağlanır

  • 2020.03.09 17:54
  • 2518 Baxış
İtaliyada 15 milyon insan karantin zonasında qaldı –  Bütün kütləvi yerlər bağlanır


İtaliyanın baş naziri bazar günü gecəsindən başlayaraq Lombardiya və 14 şimal əyalətindən giriş-çıxışın məhdudlaşdırılması barədə əmr imzalayıb.


Medicina.az xəbər verir ki, məhdudiyyət aprelə kimi davam edəcək.

Əmrə əsasən göstərilən 15 əyaləti tərk etmək, bir əyalətdən digərinə germək qadağandır. Yalnız xüsusi sənədlə, fövqəladə hallarda bu əyalətlərin sakinlərindən kimsə olduğu yeri tərk edə bilər.

Bütün məktəblər və kilsələr də bağlanılır.

Eləcə bütün ölkə üzrə teatr, kinoteatr, muzeylər, barlar, mərkəzlər, diskoteka kimi kütləvi yerlər, idman yarışları dayandırılır.