Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtaliya sərhədlərini iyun ayından açır

  • 2020.05.18 14:04
  • 1275 Baxış
İtaliya sərhədlərini iyun ayından açır


İtaliya hökuməti ölkəyə girişə və çıxışa qoyulmuş məhdudiyyətləri iyunun 3-dən etibarən ləğv edəcək.


Bildirilir ki, 3 iyun 2020-ci ildən etibarən ölkənin müxtəlif regionları arasında hərəkətə, həmçinin, xaricdən məhdudiyyətlər yalnız 25 mart 2020-ci il tarixli qanuna əsasən qəbul edilmiş dövlət tədbirləri ilə tətbiq oluna bilər.

Hərəkət qadağası və karantin qaydalarına riayət tələbi COVID-19 yoluxması təsdiq edilmiş şəxslər üçün qüvvədə qalır. İnfeksiyaya yoluxmuş şəxslərlə əlaqədə olanlar üçün də analoji məhdudiyyətlər qalmaqdadır.

Bununla bərabər, sərhədlər açılandan sonra İtaliyaya xaricdən gələnlərin karantinə alınıb-alınmayacağı barədə məlumat verilmir.