İtaliyada beş su mənbəyindən ikisi quruyub və bələdiyyə başçısı Remo Moraqlia yeni su mənbələri tapmaq üçün ekstrasens Renato Labolanini işə götürüb.
Medicina xəbər verir ki, ekstrasensin bir günlük xidməti 300 avrodur.
“Aydındır ki, biz mühəndislərə müraciət etməli olacağıq, texniki-iqtisadi əsaslandırma tələb olunacaq. Amma hazırda əminəm ki, müəyyən nöqtələrdə biz sulu təbəqələrə çata biləcəyik, - Moraqlia bildirib.
Qeyd edək ki, Labolani əvvəllər də Bayardoya bitişik kənddə su tapıb.