İtaliya Prezidenti Serco Mattarella bu gün Romanın Milli Yoluxucu Xəstəliklər İnstitutu “Lazzaro Spallanzani”də koronavirus infeksiyasına qarşı peyvənd olunub.
Medicina.az xəbər verir ki, dövlət başçısı 1941-ci il və daha əvvəl doğulmuş insanlar üçün nəzərdə tutulan peyvənd kampaniyası çərçivəsində “Moderna” şirkətinin istehsalı olan peyvənd ilə vaksinasiyadan keçib.
Qeyd edək ki, İtaliya hökuməti əhalinin ən azı 70%-nin peyvənd olunmasını və payıza qədər kollektiv immunitetin formalaşmasına nail olmağı planlaşdırır.