Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İtaliya Britaniyadan uçuşlara qadağa qoydu - SƏBƏB

  • 2020.12.21 08:48
  • 1105 Baxış
İtaliya Britaniyadan uçuşlara qadağa qoydu -  SƏBƏB

İtaliya 6 yanvar 2021-ci ilə qədər Böyük Britaniyanın bütün hava limanlarından uçuşları dayandırır və son 14 gündə bu ölkədə olan insanlar üçün giriş, hətta tranzit qadağası tətbiq edilir.

“La Repubblica” qəzetinin verdiyi məlumata görə, bunu səhiyyə naziri Roberto Speranza bildirib.

“Ölkəyə giriş qadağasının qüvvəyə minməsindən əvvəl ölkəyə girməyi bacaran hər kəs, hətta koronavirusun yeni növünün əlamətləri özünü göstərməsə də, dərhal Britaniyada olduqlarını bildirməli və test verməlidirlər”, - deyə qəzet nazirdən sitat gətirib.

Nazir bildirib ki, koronavirusun yeni növünün aşkar olunduğu hər kəs yeni ştammın araşdırılacağı Lazzaro Spallanzani adına Milli İnfeksiyon Xəstəliklər İnstitutunda müalicə alacaqlar: “Biz bilirik ki, virus (koronavirusun yeni variantı) daha sürətli yayılır, ancaq daha ciddi nəticələrə gətirib çıxarmır. Əlimizdə olan ilkin məlumata görə, peyvənd bu növə qarşı da təsirli olmalıdır, lakin bunun üçün daha çox araşdırma tələb olunur, ona görə də ehtiyat tədbirləri görürük”.

Qeyd edək ki, 24 dekabrdan 6 yanvar tarixinədək – bayramların sonuna qədər İtaliyada ümumxalq karantin tədbirlərinin icrasına başlanılacaq. 21 dekabrdan etibarən bölgələr arasında hərəkət qadağan edilir. Əlverişsiz epidemioloji vəziyyətin artdığı bir sıra Avropa ölkələri də daxil olmaqla, İtaliyada artıq yay aylarından bəri əcnəbilər üçün müəyyən məhdudiyyətlər tətbiq edilir.