İtaliyanın Baş naziri Cüzeppe Konte parlamentdə koronavirusa həsr olunmuş iclas zamanı öskürməyə başlayıb.
“Hürriyet”in məlumatına görə, parlamentdə olan müxaliflər buna sərt reaksiya göstərərək, ondan maska taxmasını tələb ediblər.
Yayılan kadrlardan görünür ki, baş nazir nitqini kəsərək, su içib və nitqinə davam etmək istəyib. Ancaq yenə öskürməyə başlayıb.
Vəziyyəti belə görən Konte boğazında problem olduğunu deyərək, çıxışını yarımçıq bitirib.