Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

It və sahibəsi eyni vaxtda xərçəng oldu – Qəribə olay

  • 2018.02.10 18:25
  • 17775 Baxış
It və sahibəsi eyni vaxtda xərçəng  oldu –  Qəribə olay
Medicina.az  xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya sakini 54 yaşlı qadın Sara Peyc 2014-cü ildə öz iti 6 yaşlı Freyin süd vəzisi ətrafında şiş tapır.

Labrador cinsindən olan itdə veterinarlar xərçəngin aqressiv formasi diaqnozunu qoyur və metastaz verdiyindən kimyaterapiya etmək üçün gec olduğunu bildirirlər. Proqnozlara görə itin ömrünə 6 ay qalmışdı. 


Lakin 6 ay sonra itin vəziyyəti qəti pisləşmir, əksinə iştahı, aktivliyi yaxşı idi. 2015-ci ildə isə itin sahibəsi Sarada döşündə bədxassəli şiş aşkar etdilər. Sara əməliyyat olunur və kimyaterapiya keçir. 

Bu çətin ərəfədə it sahibəsinin yanından ayrılmır.


" Mənim halım pis olanda, xəstəxanada, evdə Frey mənim xilaskarım olurdu. Daim yanımda uzanır, başını sinəmə, dizimə qoyurdu. Mən inanıram ki, itlərin 6-cı hissi var. Mənə elə gəlir ki, Freya ona görə ölmədi ki, mənə xərçənglə mübarizədə dəstək olsun. Bəzən mən ona baxıb qorxmuram, qalib gələcəyimi düşünürəm, ondan ilhamlanıram.  Əgər o veterrinarın dediyi kimi, 6 aydan sonra ölsəydi, bu xəstəliklə tək necə mübarizə aparacağımı təsəvvür etmirəm”- deyə Sara bildirir. 


"O ki qaldı itin xəstəliyinə, o 4 ildir ki, yaşayır və aktivdir. O, super qəhrəmandır. Bu onu göstərir ki, həkimlər çox vaxt səhv edə bilər." 

 

It və sahibəsi eyni vaxtda xərçəng  oldu –  Qəribə olay